28 Avqust 2018 14:26
1 873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Angela Merkelin Bakıdakı təmaslarında AXCP sədrinin adamlarından heç kimlə görüşməməsi boşuna deyilmiş; İran və Rusiya ilə gizli əlaqələr Avropa təsisatlarında Kərimliylə bağlı birmənalı rəy formalaşdırıb

Almaniya kansleri Angela Merkelin Güney Qafqaz turnesi başa çatıb. Merkel artıq öz ölkəsinə geri dönüb. Fəqət müzakirələr davam edir. Onun gəlişi Azərbaycan siyasətində burulğan effekti yaradıb. Necə deyərlər, gəldi, bir tufan, getdi, bir boran.

A.Merkelin ən çox müzakirə olunan görüşü bir neçə azərbaycanlı QHT rəhbəri ilə təmasıdı. Müxalifət düşərgəsində yeni qarşılıqlı ittihamların əsası qoyulub bu görüşdən sonra. Əli Kərimlinin hay-küyçü dəstəsi facebookda elə bir tozanaq qoparıb ki, az qalsın Merkelin Bakıda geyindiyi açıq rəngli pencəyi çirklənsin. Görüşdə Kərimli cinahından kimsənin iştirak etməməsi AXCP düşərgəsində böyük qəzəb və ruh düşkünlüyü yaradıb. Görünür, Əli Kərimlinin özü və tərəfdarları Qərb dairələrinin gözündən düşməsinin fərqindədirlər. Yəqin ona görə cığallıq və etiraz edirlər. “O qədər də ölmədik” demək istəyirlər.

Məsələni Əli Kərimli üçün arzuolunmaz edən amillərdən biri də Merkellə görüşdə İsa Qəmbərin oğlunun iştirak etməsidir. Ə.Kərimli yəqin ehtiyat edir ki, ictimai rəy birdən “Almaniya Turqut vasitəsilə İsa Qəmbərlə işləyir” qənaətinə gələr. Bu adam siyasi və bioloji ömrünü bu cür mənasız qənaətlərlə, proqnozlarla başa vuracaq belə getsə. Çox həyəcanlanır, çox şübhələnir, çox narahat olur. Anlamır ki, Merkel hətta onun özü ilə görüşsə də bu, nəyisə dəyişdirməyəcək...

Dahası da var. Məlumatlara görə, Ə.Kərimli Qərb ölkələrinin Bakıdakı səfirliklərini bezdirib. Bildirilir ki, hər təmasda, hər görüşdə o, əsasən iki məsələni - xarici pasport ala bilməməsini və qaynının həbsdən buraxılmasını qabardır. Ə.Kərimlinin şəxsi məsələləri ilə Avropa siyasətçilərini, diplomatlarını əməllicə bezdirdiyi, usandırdığı bildirilir. Deyilənə görə, bu iki məsələni o qədər deyib ki, artıq səfirlik əməkdaşları öz aralarında onun bu deyingənliyini, israrını zarafat predmetinə çevirib, gülürlər. Özünü Azərbaycanın xilaskarı kimi görən, təqdim edən, alternativsiz müxalifət lideri rolunu oynadığını iddia edən bu adam özünü belə gülünc duruma salıb, “prikol” obyektinə çevirib.

AXCP sədrinin kinli biri olması, intriqaya aşırı bağlılığı, avtoritar xüsusiyyəti, ən əsas da pula hərisliyi onu yaxından-uzaqdan tanıyan hər kəsə bəllidi. Onun bu xüsusiyyətləri heç şübhəsiz ki, Avropa siyasətçilərinə də bəlli olmağa başlayıb. Bu cür intriqaçı, pulgir, reket üsulu ilə xərac yığan, özünü bəyənmiş biri ilə qərbli siyasətçilərin, diplomatların müttəfiqliyi alınmaz. Üstəlik, yuxarıda qeyd etdiyimiz kimi, onun İran və Rusiya ilə əlaqələrinin olması da ciddi problemlər yaradıb. Hər kəsə aydındır ki, siyasətdə özünü Qərbçi kimi təqdim edib, İran və Rusiya ilə münasibətlər qurmaq, daha doğrusu bu iki ölkədən gizli yollarla pul almaq heç bir siyasətçiyə uğur gətirməz. Ə.Kərimli tamahının və hiyləgərliyinin güdazına gedib.

Məşhur bir aforizmdə deyildiyi kimi, “müqəddəs yer boş qalmır”. Alternativ həmişə var, yaxud tapılır. Azərbaycanda xarici ölkələrin əmrində çalışmaq üçün növbəyə duran xeyli qruplar var. Uzun illərdi Avropa və ABŞ təşkilatları ilə demokratiya maskası altında əməkdaşlıq edən siyasətçilərin, QHT sədrlərinin, jurnalistlərin olduğu kimsəyə sirr deyil. Bu gün onlarla iş davam edir. Ə.Kərimlini narahat edən əsas amillərdən biri də budur. Hazırda Ə.Kərimli cinahı hər nə qədər toqquşmaq istəməsə də Xədicə İsmayılı özünün bir nömrəli rəqibi, hətta düşməni kimi görür. Ə.Kərimli X.İsmayılın Qərbdəki əlaqələrinin miqyasını bildiyindən, onunla açıq savaşdan həmişə çəkinib.

Amma Əli Kərimli üçün ən pis aqibət Xədicə İsmayılın İlqar Məmmədovla ittifaq qurması, eyni blokda yer alması olardı. AXCP sədrinin siyasi çıxdaşlığı bu ittifaqdan asılıdı olacaq.Müsavat.com


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər