31 Avqust 2018 17:05
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Enzo Moavero Milanes təşkilatın Daimi Şurasının iclasında çıxışı zamanı deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində irəliləyiş var. Görəsən, italiyalı nazir nəyə əsasən belə bir optimist cümlə işlədib? Axı hazırda hansı danışıqlar aparılır ki, həmin virtual danışıqlarda nəticə də olsun?

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq Ermənistan baş nazirinin üzləşdiyi vəziyyətə diqqət çəkib:

“Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın başı hər tərəfdən dərd içindədir, o özü də dolayısı ilə etiraf edib ki, danışıqlara hələ hazır deyil.

Görünür, İtaliyanın xarici işlər naziri sadəcə cəbhə bölgəsindəki nisbi sakitlikdən bu qərara gəlib ki, guya vəziyyət normaldır. Almaniya Kansleri Angela Merkel də bölgəyə səfəri zamanı atəşkəsə isitnad edərək vəziyyətin normal olduğuna işarə etmişdi.

Atəşkəsə istinad yanlışdır. Cəbhə bölgəsində istənilən an hər şey baş verə bilər. Bundan heç bir tərəf sığortalanmayıb.

İtaliya ATƏT-in sədri kimi münaqişənin həllinin sürətləndirilməsi üçün heç nə təklif etmir. Məsuliyyətdən yaxa qurmarmaq üçün “danışıqlarda irəriləyiş var” kimi beynəlxalq aləmə yanlış mesaj göndərirlər. Fikrimcə, Azərbaycan cavab açıqlaması ilə danışıqlarda heç bir irəriləyişin olmadığını bildirməlidir, əks halda ətrafdakılar İtaliyanın xarici işlərin nazirinin sözlərinə inanacaqlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər