2 Sentyabr 2018 21:20
933

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində iştirak etmək üçün sentyabrın 2-də Qırğız Respublikasına səfərə gəlib.

Teleqraf.com xəbər verir ki, Çolpon-Ata şəhərinin İssuk-Kul beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Qırğız Respublikası Baş nazirinin birinci müavini Kubatbek Boronov və İssık-Kul vilayətinin qubernatoru Akılbek Osmonaliyev qarşılayıblar.


Müəllif: Teleqraf.com