3 Sentyabr 2018 13:56
1 383
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sizi və nümayəndə heyətinin üzvlərini Qırğızıstanın mirvarisi – İssık-Kulun sahilində səmimi qəlbdən salamlayıram. Mən şadam ki, bu gün bizə ölkələrimiz arasında əməkdaşlığın aktual məsələlərini müzakirə etmək üçün belə gözəl imkan yaranıb”.

Teleqraf.com xəbər verir ki, bunu sentyabrın 3-də Çolpon-Ata şəhərində Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşündə deyib.

“Sizin bildiyiniz kimi, Qırğız Respublikası bizim ölkələrimiz arasında, qardaş Azərbaycan ilə qarşılıqlı etimad və hörmət əsasında dostluq münasibətlərinin gələcək inkişafına çox böyük önəm verir. Biz həmişə dostlarımızla məsələlərin bütün spektri üzrə məzmunlu söhbətə açığıq və hazırıq. Mən Sizi səmimi qəlbdən təbrik etmək istəyirəm. Bu il ölkəniz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd edir. Mən bu milli bayram münasibətilə Sizi təbrik edirəm və vaxt tapıb gəldiyinizə görə çox sağ olun”, - dövlət başçısı əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər