10 Sentyabr 2018 10:29
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Çingiz Qənizadə Avropa Şurası Parlament Assambleyasının Hüquqi işlər və insan haqları komitəsinin, millət vəkili Sabir Hacıyev qurumun Siyasi işlər və demokratiya komitəsinin iclaslarında iştirak etmək üçün Parisə yola düşüb.

Teleqraf.com xəbər verir ki, hüquqi işlər və insan haqları komitəsinin toplantısında Avropa Şurası və ona üzv dövlətlərin BMT-nin müvafiq qurumları ilə əməkdaşlığı, terrorizmə qarşı mübarizə, dini azadlıqların qorunması və digər məsələlər ətrafında müzakirələr keçiriləcək.
Siyasi işlər və demokratiya komitəsində AŞPA-nın missiyası və rolu, Avropada islam dini: radikallaşma və islamofobiya, Avropa Bankının inkişaf və yenidənqurma istiqamətində fəaliyyəti və sair mövzularda fikir mübadiləsi aparılacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər