13 Sentyabr 2018 21:28
1 579
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Azərbaycana aid "Şahdəniz" yatağından Avropaya təbii qazı nəqledıcı boru kəməri layihəsini dəstəkləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın energetika naziri Rik Perri keçirdiyi brifinqdə bildirib.

“Biz rəqabətin tərəfdarıyıq. Mən təsdiq edirəm ki, biz Azərbaycan qazının Xəzər regionundan Avropaya nəqli ilə bağlı boru kəmərini də dəstəkləyirik”.

O həmçinin avropalıların Rusiyanın “Qazprom” şirkətinin tikdiyi “Şimal axın-2” boru kəmərinə tam loyallığına inanmadığını bildirib.

“Avropalıların enerji daşıyıcılarının rəqabət əsaslı tədarükünün tərəfdarı olduqlarına dair çox fikirlər eşitmişəm”, - deyə o vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər