14 Sentyabr 2018 17:23
1 977
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail-Azərbaycan əlaqələri strateji tərəfdaşlıq çərçivəsində uğurla davam edir. Demək olar ki, iki ölkə arasında hərbi-texniki sahədəki əməkdaşlıq özündə müttəfiqlik perspektivləri daşıyır.

Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, İsrailin müdafiə naziri və bu ölkədə Azərbaycanın əsas dəstəkçisi olan Aviqdor Libermanın ölkımizə səfəri iki ölkə arasında hərbi -siyasi əlaqələrin inkişafında dinamizmi artıracaq:

“Qeyd edim ki, bu gün İsrailin müasir hərbi silahları Azərbaycan ordusunun hərbi-texniki imkanlarının genişlənməsində əsas rol oynayır. Azərbaycan digər ölkələrdən fərqli olaraq, İsraildən yeni silahların alınmasında maraq göstərir, həmçinin birgə istehsal müəssisələrinin genişlənməsi istiqamətində işlər aparır. Libermanın səfəri Təl-Əvivlə Bakı arasında, həmçinin ABŞ-la əlaqələrdə yeni imkanlar açacaq.

Təsadüfi deyil ki, Libermanın səfərində Azərbaycan-ABŞ əlaqələrinin inkişafı da müzakirə predmeti olub.

Digər yandan, Vladimir Putinin səfərindən əvvəl Libermanın Bakıya gəlməsi də təsadüfi deyil. Hazırda İsraillə Rusiya arasında əməkdaşlıq yüksək səviyyədədir. İki ölkə Suriyada koordinasiyalı fəaliyyət göstərir, bir-birlərinə güzəşt edirlər. Putinin Bakıya səfərindən sonra müəyyən məsələlərin ortaya çıxacağı, İsrailin də burada rolunu görə bilərik”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Aviqdor Libermanın ölkəmizə səfəri və bu çərçivədə aparılan danışıqlar üçüncü ölkəyə qarşı deyil: “Əgər cənub qonşumuz İran bundan narahat olacaqsa, ilk növbədə özünün Ermənistanla əməkdaşlığına baxmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər