Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana rəsmi səfərə gələcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə prezidentinin rəsmi saytında məlumat yerləşdirilib.
Ərdoğan sentyabrın 15-də Bakı şəhərinin bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyi münasibəti ilə paytaxtda keçiriləcək tədbirdə iştirak edəcək.
Səfər zamanı həmçinin iki ölkə arasında strateji əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr aparacaq.