18 Sentyabr 2018 09:55
2 466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi İrəvan Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazilərini bombalaması iddiası ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Tiqran Balayan açıqlama verib.

Balayan iddia edib ki, Azərbaycan ordusu Ermənistanın Tavuş rayonu istiqamətindəki bölmələrinə bombardmançı hücum edib.

O bu barədə KTMT-nin məlumatlandırıldığını deyib və bunu ittifaq ərazisinə edilən “hücum” kimi qiymətləndirib.

Qeyd edək ki, sentyabrın 16-17 tarixlərində Ermənistan silahlı birləşmələri sözügedən ərazidən atəşkəs rejimini 200 dəfədən çox pozub. Düşmən cavab atəşi ilə susdurulub.


Müəllif: Mənsur Rəğbətoğlu