Qarşıdakı aylarda Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün imkanlar açılır.
Teleqraf.com “Aysor.am”a istinadla xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp müstəqillik günü münasibətilə Ermənistanın Baş naziri Nikol Paşinyana göndərdiyi məktubda qeyd edib.
“ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi ABŞ münaqişənin sülh yolu ilə həllini tapmaqda sizinlə işləməyə hazırdır”, - deyə ABŞ prezidenti qeyd edib.