21 Sentyabr 2018 20:30
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün müsəlman Şərqində ilk cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 100-cü ildönümü ilə bağlı dünyanın hər yerindən gələn yüksək səviyyəli qonaqların iştirakı ilə keçirilmiş tədbirlərdə iştirak etməkdən böyük qürur hissi duyuram.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Qənirə Paşayeva Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclas barədə danışarkən bildirib.

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin demokratik dəyərlərə və ənənələrə sahib parlament olduğunu vurğulayan deputat qeyd edib ki, onun ənənələrini davam etdirən Milli Məclisdə 100-cü ildönümü mərasiminin şahidi olmaq gözəl duyğudur: “Cümhuriyyət qurucuları babalarımız nur içində yatsın, onları hər zaman sevgi və sayğı ilə anacağıq. Dövlət başçımız cənab İlham Əliyev və qardaş Türkiyənin Böyük Millət Məclisinin sədri Binali Yıldırım möhtəşəm çıxış etdilər və önəmli mesajlar verdilər. Tarixi bir hadisəni yaxından izləmək və bir parçası olmaq gözəl duyğudur”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər