26 Sentyabr 2018 15:33
1 703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin iyulunda Fransa hökuməti Azərbaycana silah satmaqla bağlı qadağanı ləğv etdi. İndi də məlumat yayılıb ki, Fransa ölkəmizə yeni savaş-gözətçi gəmilərini satmağı düşünür. Çox güman ki, Fransa prezidenti noyabrda həm də buna görə Bakıya gəlir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Erkin Qədirli deyib.

Politoloq Azərbaycan Silahlı Qüvvələrinin Aralıq dənizində keçirilən hərbi təlimlərə qoşulmasını da şərh edib: “Azərbaycanın hərbçi dənizçiləri Türkiyə və ABŞ dənizçilərilə birlikdə, Aralıq dənizində hərbi təlim keçirlər. Təlimin məqsədi - dənizaltılara qarşı mübarizəyə hazırlıqdır. Xəzər dənizində hələ heç kimin dənizlatısı yoxdur, amma bir gün ola bilər. Dənizçilərimizi indidən gələcək təhlükələrə qarşı öyrədirlər.

Bütün bunlar, əvvəl irəli sürdüyüm ehtimallara yanaşı, Trans-Xəzər layihəsinin gerçəkləşəcəyi ehtimalını da artırır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər