Azərbaycan Respublikası ilə San-Tome və Prinsipi Demokratik Respublikası arasında diplomatik əlaqələr qurulub.
Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarovun San-Tome və Prinsipi Demokratik Respublikasının xarici işlər və icmalar naziri Urbino Botelho ilə Nyu-Yorkda görüşü keçirilib.
BMT Baş Assambleysının 73-cü sessiyası çərçivəsində keçirilən görüş zamanı tərəflər “Azərbaycan Respublikası və San Tome və Prinsipi Demokratik Respublikası arasında diplomatik əlaqələrin yaradılmasına dair birgə kommünike” sənədi imzalayıblar.