Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar oktyabrda davam etdiriləcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşünün yekunlarını şərh edərkən bildirib.
E.Məmmədyarob bildirib: "Ümumilikdə danışıqlar 3 saatdan çox davam etdi. Bu münaqişənin davam etməkdə olan həlli inkişafı üzrə, habelə bölgəyə dayanıqlı sülhün gətirilməsi üçün nə edilməli olduğu məsələlərinə dair maraqlı və mühüm fikir mübadiləsi oldu. Biz danışıqların həmsədrlərin bölgəyə səfəri də daxil olmaqla gələn ay davam etdirilməsinə razılaşdıq".
Qeyd edək ki, sentyabrın 26-sı BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş olub.