Rusiya və Azərbaycan arasında Xəzər dənizi üzərində neft-qaz əməkdaşlığının mövcud imkanlarından maksimum dərəcədə istifadə etməliyik.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Azər Talıbov deyib.
Onun sözlərinə görə, bura birgə müəssisələrin yaradılması, istehsal sahələrinin qurulması daxildir: "Bu baxımdan Rusiya və Azərbaycan arasında yeni səhifə açılır ki, bu da böyük potensiala malikdir. Önəmli olan budur ki, bu istiqamətlərdə işlərə ən yüksək səviyyədə impuls verilir".