Xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Mohammed bin Abdulrahman Al-Tani və Litva Respublikasının xarici işlər naziri Linas Linkeviçius ilə Nyu Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyasında görüşüb.
Trend-ə XİN-dən verilən məlumata əsasən, tərəflər ikitərəfli əməkdaşlıq münasibətləri üzrə geniş fikir mübadiləsi aparıb və BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyinin qarşılıqlı maraq doğuran məsələlərini müzakirə edib.