28 Sentyabr 2018 23:57
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sayı 700 mini aşan yüz minlərlə mülki Rohingya sakininlərinin qonşu Banqladeşdə davam edən məcburi məskunlaşmasından ciddi narahatıq. Ermənistan tərəfindən törədilən təcavüz nəticəsində yüz minlərlə didərgin düşmüş insanların yerləşdirilməsi üzrə ağır təcrübəyə malik Azərbaycan qaçqın və məcburi köçkünləri qəbul edən ölkələrin qarşılaşdığı təhdidləri aydın dərk edir. Ümidvarıq ki, Rohingya müsəlmanlarının öz doğma yerlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüquqları tezliklə yerinə yetiriləcək".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin XİN rəhbərlərinin İllik əlaqələndirmə yığıncağında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünyanın bir çox yerində, xüsusən də müsəlman aləmində artan gərginlik və qeyri-sabitlik daxil olmaqla, sülh və təhlükəsizlik problemləri həll olunmamış qalan münaqişələr və dözümsüzlük təzahürləri ilə daha da ağırlaşır. Azərbaycan əmindir ki, davamlı sülh yalnız dialoq, dinc şəraitdə birgə mövcudluq və qarşılıqlı anlaşma yolu ilə nail oluna və saxlanıla bilər.

"Son illərdə dünya miqyasında münaqişələr və zülmkarlığın nəticəsi olaraq zor gücünə didərgin salınma hallarının rekord həddə çatması ciddi narahatlığımızı doğurur. Dünyada baş verən bu köçürmələrin ciddi artımı həm şiddətdən qaçmış milyonlarla insanın hüquqlarını bərpa etmək, həm də gələcəkdə didərgin düşmüşlərin sayının daha da çoxalmasının qarşısını almaq məqsədilə, beynəlxalq ictimaiyyət tərəfindən müvafiq hərtərəfli tədbirlər görülməlidir. Ən çox sayda qaçqınlara sığınacaq verən ölkələrin məhz İƏT-ə üzv olan dövlətlər olduğu üçün kütləvi şəkildə zor gücünə didərgin salınma halları İƏT üçün dərin narahatlıq doğurmalıdır.

Bu baxımdan, son məruzələrə görə, sayı 700 mini aşan yüz minlərlə mülki Rohingya sakininlərinin qonşu Banqladeşdə davam edən məcburi məskunlaşmasından ciddi narahatıq. Ermənistan tərəfindən törədilən təcavüz nəticəsində yüz minlərlə didərgin düşmüş insanların yerləşdirilməsi üzrə ağır təcrübəyə malik Azərbaycan qaçqın və məcburi köçkünləri qəbul edən ölkələrin qarşılaşdığı təhdidləri aydın dərk edir. Ümidvarıq ki, Rohingya müsəlmanlarının öz doğma yerlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüquqları tezliklə yerinə yetiriləcək", - deyə nazir əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər