29 Sentyabr 2018 18:35
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Rusiya ilə təkcə dövlət səviyyəsində yox, eyni zamanda onun regionları ilə də ikitərəfli müqavilələri var. Bu müqavilələr münasibətləri həm iqtisadi, həm də humanitar sahədə dərinləşdirir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

Rasim Musabəyov bildirib ki, Azərbaycanla yanaşı, Rusiyanın da bu əməkdaşlıqda maraqları var:

“Xüsusilə də Sankt-Peterburq, Moskva, Şimali Qafqazdan Dağıstan, Çeçenistan, Stavropol, Tatarıstan regionları Azərbaycanla əlaqələri dərinləşdirməyə maraqlıdırlar. Ümumiyyətlə, Azərbaycan-Rusiya Regionlararası Forumu iki ölkə arasındakı münasibətlərdə əhəmiyyətli olmasaydı, 9-cu dəfə keçirilməzdi. Bu səbəblə də belə bir forum baş tutur. Hesab edirəm ki, bu davamlı olacaq”.


Müəllif: Səxavət

Oxşar xəbərlər