ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı konkret addımlar atmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O bildirib ki, həmsədrlər işğalçı ilə işğala məruz qalan dövləti bərabər tutmamalıdır. Onun sözlərinə görə, işğalçı Ermənistan öz adı ilə çağrılmalıdır:
“Həmsədrlər “balanslaşdırılmış” bəyanatlardan, regiona turist səfərlərindən daha çox əməli tədbirlər görməlidirər. Onlar münaqişənin büynəlxalq hüquq çərçivəsində, xüsusilə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllinə çalışmalıdırlar. Əgər Ermənistan bu prosesdə ciddi təzyqilərə, sanksiyalara məruz qalmasa xoşluqla işğlaçılıq siyasətinə son qoymayacaq. Ötən illərin təcrübəsi bunu deməyə əsas verir”.