2 Oktyabr 2018 15:16
1 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Azərbaycandakı sabiq səfiri və sabiq ATƏT həmsədri Metyu Brayza maraqlı açıqlama verib.

Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, sabiq səfir Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında keçirilmiş görüşü şərh edib.

Diplomat bu görüşü danışıqlar prosesində “vacib addım” kimi qiymətləndirib və həll prosesini daha sürətləndirəcəyini deyib:

“Onların insidentlərin qarşısını almaq, atəşkəsi daha da möhkəmlətmək və sülh danışıqlarına sadiq qalmaq barədə razılığa gəlmələri sağlam düşüncənin məhsuludur” – deyə Metyu Brayza vurğulayıb.

O, həmçinin əlavə edib ki, davamlı şəxsi münasibətlərin saxlanılması danışılqar prosesinin canlanmasına və qarşılıqlı güvənin formalaşmasına kömək edəcək.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər