3 Oktyabr 2018 19:45
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kamran Bayramov oktyabrın 4-dən 7-dək Riqa şəhərində səfərdə olacaq.

Teleqraf.com xəbər verir ki, deputat Milli Məclisin xətti ilə beynəlxalq müşahidəçi qismində Latviya Seyminə keçiriləcək seçkiləri müşahidə edəcək.

Deputatımız öncə seçkilərə hazırlığın vəziyyəti ilə tanış olacaq. Oktyabrın 6-da seçki prosesini müşahidə edəcək, demokratik qaydalara riayət edilməsinə, seçicilərin hüquqlarının təmin olunmasına, vətəndaşların fəallığına diqqət yetirəcək, səslərin hesablanması prosesini izləyəcək.


Müəllif: Cavad

Oxşar xəbərlər