Ermənistanın paytaxtı İrəvan şəhərinin yeni meri Ayk Marutyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.
Teleqraf.com xəbər verir ki, o, qanunsuz səfəri çərçivəsində separatçıların Xankəndindəki nümayəndəsi Suren Qriqoryanla görüşüb.
Qeyd edək ki, Ayk Marutyan oktyabrın 13-də İrəvan şəhərinin meri kimi fəaliyyətinin icrasına başlayıb.