16 Oktyabr 2018 11:17
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov çexiyalı həmkarının dəvəti ilə oktyabrın 17-dən 20-dək Çex Respublikasında işgüzar səfərdə olacaq.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Çexiyanın müdafiə naziri və digər dövlət qurumlarının rəhbərləri ilə görüşlər, həmçinin bu ölkənin müdafiə sənayesi müəssisələrinin istehsal etdiyi məhsullarla tanışlıq nəzərdə tutulur.

Görüşlər zamanı Azərbaycan ilə Çexiya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər