17 Oktyabr 2018 22:23
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Kəlbəcərdə Sidney adlı qəsəbə salmaqla qanunsuz məskunlaşma həyata keçirir. Bu isə beynəlxalq hüquqa və Cenevrə Konvensiyasının müddəalarına ziddir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, ermənilər mülki əhalini didərgin salıb, girov götürüb, işgəncələrə məruz qoyublar və nəticədə həmin torpaqlarda bir nəfər də azərbaycanlı qalmayıb: “İndi də məskunlaşma həyata keçirirlər, Azərbaycanın təbii sərvətlərini vəhşicəsinə dağıdır, tarixi-mədəni abidələri talan edib aparırlar. Kəlbəcərdə yaşayış məntəqəsini salana qədər yüzlərlə beynəlxalq hüquq normalarını pozan addımlar atıb , minlərlə tarixi və coğrafi abidələri, dini obyektləri, qəbristanlıqları darmadağın edib, yer adlarını qanunsuz dəyişdiriblər”.

Sahib Məmmədovun fikrincə, ermənilərin bu addımı o deməkdir ki, danışıqlar Ermənistan üçün vasitədir və vaxtı uzatmaq xarakteri daşıyır: “Nəinki Dağlıq Qarabağı, işğal olunmuş ətraf rayonları da qaytarmaq fikirləri yoxdur. Azərbaycan Xarici İşlər Nazirliyi artıq bəyanat yayıb. Qanunsuz məskunlaşma və erməni vandalizmi barədə dünya ictimaiyyətini məlumatlandırmaqda davam etməliyik. Eyni zamanda torpaqlarımızın azad olunması üçün çalışmalıyıq. Nə qədər qanunsuz şəkildə məskunlaşma aparsalar da, əvvəl-axır torpaqlarımızı tərk etməli olacaqlar”, - deyə hüquq müdafiəçisi vurğulayıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər