19 Oktyabr 2018 23:24
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyənin İzmir şəhərində STAR neft emalı zavodunun açılış mərasiminin keçirilməsinin siyasi əhəmiyyəti olduqca böyükdür. Azərbaycan və Türkiyə növbəti dəfə dünyanı öz qardaşlığı, birgə fəaliyyətinin maraqlı və əhəmiyyətli nəticəsi ilə təəccübləndirdi.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi Azərbaycan və Türkiyəni daha da yaxınlaşdırır, bu qardaşlığı dünyanın bütün ölkələri üçün nümunəyə çevirir.

Deputat qeyd edib ki, STAR-ın təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulub: "Zavodu “Técnicas Reunidas” (İspaniya), “Saipem” (İtaliya), “GS Engineering & Construction Corp” (Cənubi Koreya) və “Itochu” (Yaponiya) şirkətlərindən ibarət konsorsium inşa edib. Layihənin ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edir. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür".

Millət vəkili vurğulayıb ki, STAR əsas payı SOCAR-a məxsus Türkiyənin yeganə neft-kimya kompleksi olan “Petkim”i xammalla təmin edəcək, Türkiyənin idxalını 1,5 mlrd. dollar azaldacaq: "Müəssisə Türkiyənin neft məhsullarına olan tələbatının 25%-dən çoxunu təmin edəcək. Bu, Azərbaycan və Türkiyə dostluğunun sarsılmaz gücünün göstəricisidir. Bu iki qardaş ölkənin regionun iqtisadi xəritəsnin dəyişmək imkanında olduğunu və daima bir olacaqlarını sübut edir".


Müəllif: Nərgiz

Oxşar xəbərlər