“Ermənistanda dekabr ayında keçiriləcək parlament seçkilərinə qədər gözlənilməz hadisələr baş verməyəcək. Çünki indi Ermənistanda Baş nazir Nikol Paşinyana alternativ yoxdur”.
Ermənistanda fəaliyyət göstərən “Armenpress” saytına müsahibəsində Rusiyanın Beynəlxalq Əlaqələr İnstitutunun politoloqu Aleksandr Skakov belə deyib.
Teleqraf.com müsahibəni təqdim edir.
- Nikol Paşinyan Ermənistan baş naziri vəzifəsindən istefa verdi. Bu, sürpriz gediş deyildi, amma “məxməri inqilab”dan sonra Ermənistanın durğunluq dönəminə qayıtdığını düşünsək, ölkəmizi hansı təhlükələr gözləyir?
- Qənaətimə görə, bu, əvvəldən hesablanmış bir addımdır. İndi Ermənistanda Paşinyana alternativ lider yoxdur və yaxın aylarda da belə bir liderin ortaya çıxacağı gözlənilən deyil. Burada heç bir təhlükə görmürəm, çünki açıq-aydın bir alternativ var, yaxşı və ya pisdir, bunun fərqi yoxdur.
- Bəs, dekabrda keçiriləcək parlament seçkilərindən əvvəl Ermənistanda gözlənilməz hadisələr cərəyan edə bilərmi? Keçmiş hakimiyyət – Serj Sərkisyan, yaxud Respublikaçı Partiyası Paşinyanın daxildəki yüksək reytinqinə baxmayaraq, intiqam almağa cəhd edə bilərmi?
- Buna inanmıram. Sadəcə olaraq, cəmiyyətdə keçmiş hakimiyyətə qarşı antipatiya var, başqa heç nə yoxdur. Sərkisyanın tərəfdarlarını partiya adlandırmaq da çətindir. Sərkisyan dünəndə qaldı, o da Paşinyanın alternativi deyil.
- Ermənistanda olan digər siyasi qüvvələr demək olar ki, uğursuzluq zolağına düşüblər…
- Çünki həmin qüvvələr gedən arabaya minə bilmədilər. Paşinyan da öz etirazını etdi və onlara göz açmağa imkan vermədi.
- Ermənistanda baş verən siyasi dəyişikliklər Ermənistan-Rusiya münasibətlərinə hansı formada təsir göstərəcək? Yeni hakimiyyət Rusiyaya münasibətdə kursun dəyişməz olduğunu bildirir. Bəs, dekabr seçkilərindən sonra bu kurs dəyişə bilərmi?
- İttifaq məsələsində Ermənistanın Rusiyadan başqa heç bir alternativi yoxdur. Bütün çatışmazlıqlar və səhvlərlərə baxmayaraq, bu belədir. Əlbəttə ki, dəyişiklik Rusiya üçün fəlakət demək deyil, çünki Ermənistanın özü fəlakətli vəziyyətdədir. Heç kəs NATO-da İrəvana kömək üçün barmağını da qaldırmayacaq. Qərbdə dayaqlarının olduğunu düşünənlər də yanılırlar, Qərbdə də heç kəs Dağlıq Qarabağ münaqişəsinə görə sizə kömək etməyəcək.
- Baş nazir postuna iddialı olmadığını deyən keçmiş prezident Robert Köçəryan Paşinyanı diktator adlandırdı. Bu fikirlə razısınız?
- Bu onun siyasi yaşamasıdır. Siyasətçi olmaqdan imtina etsə, məsələyə daha həssas yanaşacaq. Digər yandan, onun özünə kim səs verəcək?
- Paşinyan ölkəni təkbaşına idarə edə biləcək?
- Bu, Paşinyanın özündən asılıdır. İndiyə qədər onun ortaya qoyduğu ambisiyaları potensialına uyğun gəlir, lakin bu nisbəti gələcəkdə saxlaya biləcəkmi?
- Fikrinizcə, KTMT-yə baş katibliyin İrəvandan Moskvaya ötürülməsi, İrəvanın şanslarını azaldacaqmı? Yəni, nə vaxtsa yenidən dönəm baş katibliyinin Ermənistana ötürülməsi mümkün olacaqmı?
- Ermənistanla Rusiya arasında bağlayıcı bir müqavilə var. Lakin Ermənistan artıq bu müqaviləyə zəmanət vermir. Məncə, Paşinyan vəziyyəti düzgün qiymətləndirəcək və oyun oynamayacaq. Onun realist olduğunu düşünürəm.