24 Oktyabr 2018 22:31
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan baş naziri vəzifələrini icra edən Paşinyanın təkrarən səsləndirdiyi “Qarabağ rəhbərliyi münaqişənin həlli prosesinə qatılmayınca biz problemin həllindən uzağıq” deyə açıqlaması münaqişənin mövcud format əsasında danışıqlar yolu ilə həllinə xələl gətirir, status kvonun möhkəmlənməsinə və gərginliyin yaranmasına xidmət edir.

Bunu Teleqraf.com-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

XİN rəsmisi bildirib ki, seçki öncəsi dövrdə Ermənistan rəhbərliyinin səsləndirdiyi bu kimi əsassız bəyanatlar daha çox daxili auditoriyaya hesablanmışdır.

L.Abdullayeva deyib: "Ermənistan rəhbərliyi ölkəsinin gələcək inkişafını düşünərək münaqişənin tezliklə həlli istiqamətində real addımlar atmalı, öz beynəlxalq öhdəliklərinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əməl edərək Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalıdır.

Ermənistanın baş naziri vəzifələrini icra edən Paşinyan öz xalqını sülh prosesi yolunda yanıldaraq aldatmamalıdır. ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin prezidentlərinin dəfələrlə bəyan etdiyi kimi hazırkı status quo vəziyyəti dayanıqlı deyil və qəbuledilməzdir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər