24 Oktyabr 2018 22:59
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Boltonun Bakı səfəri ərəfəsində səsləndirilən bəyanatlardan məlum olur ki, ABŞ-Azərbaycan münasibətlərində ciddi məqamlar yer almağa başlayıb.

Bunu Boltonun Azərbaycana səfərini Teleqraf.com-a şərh edərkən politoloq Elçin Mirzəbəyli deyib.

Politoloq amerikalı rəsminin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə təsir imkanlarını da qiymətləndirib: “ABŞ-Azərbaycan münasibətlərinin strateji münasibətlər olduğunun vurğulanması xüsusi olaraq qeyd edilməlidir. Digər yandan, ABŞ-ın ən ciddi siyasi fiqurlarından biri olan Boltonun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər də diqqətə alınmalıdır. Con Bolton da bildirdi ki, Qarabağ münaqişəsinin həlli ABŞ üçün mühüm əhəmiyyət kəsb edir. Bu, Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqətinin artmasından xəbər verən faktordur.
Digər tərəfdən, bu səfərdə qlobal terrorizmə, insan alverinə və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Azərbaycan və ABŞ-ın birgə mübarizə aparmasının vurğulanması da mühüm mesajdır”.

Elçin Mirzəbəyli hesab edir ki, Con Boltonun Bakı səfərində və bundan əvvəl Amerikadan verilən bəyanatlar proseslərin müsbət inkişafına təkan verəcək: “Buna əlavə olaraq, ABŞ-ın Ermənistandakı sabiq səfiri Riçard Millsin Qarabağla bağlı verdiyi açıqlamanı da nəzərə almaq lazımdır. O da bildirmişdi ki, işğal edilmiş ərazilər Azərbaycana qaytarılmalıdır. Düşünürəm ki, bunlar ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə yanaşmasında baş verən dəyişiklikdən xəbər verir. Burada Azərbaycanın yürütdüyü siyasətin də ciddi rolu var. Bu baxımdan da, Con Boltonun Bakı səfəri müsbət qiymətləndirilməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər