Azərbaycan Xarici İşlər Nazirliyi Pittsburqda sinaqoqa hücum ilə əlaqədar başsağlığı ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva özünün Tvitter mikroblounda yazıb.
"Biz Pittsburqda sinaqoqda baş verən qəddar cinayətə görə kədərlənirik. Biz ölən və xəsarət alanların ailələrinə səmimi başsağlığımızı bildiririk", - deyə Leyla Abdullayeva qeyd edib.
Qeyd edək ki, ötən gün ABŞ-ın Pittsburq şəhərində silahlı şəxs sinaqoqa daxil olaraq insanlara atəş açmağa başlayıb. Hadisə yerinə polis əməkdaşları gəldikdən sonra atışma şiddətlənib, nəticədə 11 nəfər həlak olub, 4-ü polis olmaqla 6 nəfər isə yaralanıb.
Silahlı 48 yaşlı Rob Bauer yaralanaraq polislərə təslim olub.