29 Oktyabr 2018 11:33
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qrup amerikalı iş adamı və ABŞ-dakı erməni diasporu Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində həyata keçiriləcək yeni səhiyyə proqramına maliyyə yardımı ayıracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə razılaşma ABŞ-ın xeyriyyə qurumlarının rəhbərləri ilə Qarabağ separatçılarının başçısı Bako Saakyan arasında görüşdə əldə edilib.

Azərbaycanın işğal edilmiş bölgəsində keçirilən görüşdə Amerikadan olan nümayəndə heyətinə erməni kökənli amerikalı iş adamı Mayk Saryan başçılıq edib.

Görüşdə Qarabağda həyata keçiriləcək səhiyyə və digər layihələr ətrafında müzakirə aparılıb.

Qeyd edək ki, bu qüzdəniraq layihəyə hələlik Azərbaycanın rəsmi münasibəti açıqlanmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər