29 Oktyabr 2018 16:21
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan artıq iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib. Əgər həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmaq üçün əvvəllər bu və ya digər ölkələrə səfər etməyə ehtiyac yaranırdısa, hazırda Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə bu istəyini gerçəkləşdirir.

Bunu Teleqraf.com-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

VI Bakı Beynəlxalq Humanitar Forumun yekunları ilə bağlı fikirlərini bölüşən V.Rəhimzadə qeyd edib ki, Azərbaycan müasir dünyanın bütün çağırışlarını yüksək səviyyədə cavablandırır, qarşıya qoyulan məqsədlərə çatmaq üçün birgə səylərin, təcrübə mübadiləsinin zəruriliyini əsaslandırır:

“Azərbaycanın tolerantlıq, multikulturalizm təcrübəsi dünyaya nümunədir, ölkəmiz islam həmrəyliyinə, multukultural cəmiyyətlərin formalaşmasına davamlı töhfələr verir. Cənab İlham Əliyevin forumdakı nitqində də dünyaya önəmli mesajlar öz əksini tapıb. Belə ki, Azərbaycanın humanitar fəlakətlə üzləşdiyini vurğulayan Prezident işğalçı Ermənistanın beynəlxalq qurumların qəbul etdiyi qərar və qətnamələrə məhəl qoymadığını, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğunu tədbir iştirakçılarının diqqətinə çatıraraq, bir daha dövlətimizin dəyişməz mövqeyini bəyan etdi”.

V.Rəhimzadə əlavə edib ki, forum iştirakçılarının say tərkibində nəzərəçarpan artım Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun, eyni zamanda, müxtəlif mədəniyyətləri və dinləri bir araya gətirən belə mötəbər tədbirlərə marağın göstəricisidir:

“Hər bir tədbir gündəmə gətirilən məsələnin, mövzunun müzakirəsi baxımından əhəmiyyətlidir. VI Bakı Beynəlxalq Humanitar Forumunun da mövzusu bu günümüzün çağırışlarından birini özündə əks etdirməklə “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” adlanırdı. Son illərdə dünyada, o cümlədən Şərq ölkələrində baş verən hadisələr də təsdiqlədi ki, multikulturalizmin alternativi yalnız ksenofobiya, islamofobiya, antisemitizm, irqçilik və ayrı-seçkilik ola bilər. İslam aləminin ayrılmaz parçası olan, islami dəyərlərə sadiqliyini əməli işi ilə subut edən Azərbaycan islamofobiyaya qarşı mübarizədə öz sözünü deyən ölkələrdəndir. Forum bir daha təsdiqlədi ki, Azərbaycan mühüm məsələlərin müzakirə olunduğu önəmli məkandır. İşini uğurla başa çatdıran forumda müzakirə olunan məsələlər, aparılan diskussiyalar birgə əməkdaşlığa, qarşıya qoyulan məqsədlərə böyük töhfə olacaq”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər