31 Oktyabr 2018 20:25
2 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Amerikaya deyir ki, Ermənistan mənim bostanımdır, mənim bostanıma girmə.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin Con Boltonun Ermənistanda səsləndirdiyi fikirlərlə bağlı açıqlamasını Teleqraf.com-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

Onun sözlərinə görə, Amerikanın Cənubi Qafqazda, o cümlədən Ermənistanda öz mövqelərini gücləndirməsi, xüsusilə silah satışı bazarına girmək cəhdləri Rusiyanı əsəbiləşdirir:

“Rusiya deyir ki, qardaş, bura axı mənim bostanımdır. Nahaq yerə əziyyət çəkib özünü əziyyətə salma. Mən Ermənistana tam nəzarət edirəm. Ermənistanın xarici sərhədlərinə Rusiya kəşfiyyat idarəsinin qoşunları nəzarət edir. Orada Rusiyanın hərbi bazası var. Ermənistan ordusu Rusiyanın tam nəzarətindədir. Son hadisələr göstərdi ki, Paşinyan da daxil olmaqla Ermənsitanın siyasi hakimiyyəti Rusiyanın tam nəzarətindədir. Ona görə də Putin Boltona dedi ki, özünü nahaq əziyyətə salma. Bu mənim bostanımdır”.

Z.Əlizadə əlavə edib ki, parlament artıq bir dəfə Paşinyanın əleyhinə səs verib, indi ikinci dəfə əleyhinə səs verəcək: "Ondan sonra parlament özünü buraxacaq və dekabrın 9-10-da parlament seçkisi keçiriləcək. O zaman Paşinyan səslərin azı 70 faizini götürəcək. Yeni parlament artıq mütləq əksəriyyətə söykənən şəxs kimi onu seçəcək. Bundan sonra o Ermənistanda istədiyini siyasəti yürüdə biləcək. Təbii ki, Rusiyanın istəklərini yerinə yetirməyə çalışacaq. Rusiyanın bir istəyi var ki, Qarabağ münaqişəsi həll edilməsin. Buna görə Paşinyan sülh danışıqlarını əvvəlki formatda davam etdirəcək. Heç bir yeni təşəbbüslər olmayacaq. Yəni, münaqişə həll edilməsin, Ermənistan Rusiyanın nəzarətində qalsın. Rusiyanın istəyi budur. Paşinyan da bu istəyi yerinə yetirəcək. Amma Ermənistan daxilində müəyyən dəyişkliklər edəcək. Ola bilsin yenidən konstitusiya islahatına getsin. Ancaq hər halda çalışacaq ki, iri oliqarxların tamahları məhdudlaşdırılsın, ölkəyə gələn sərmayələr artsın”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər