Ermənistanın işğal olunmuş ərazilərimizdə növbəti hərbi təlimlər keçməsi Düşənbədə əldə olunmuş razılaşmanın pozulmasına yönəlib. Göründüyü kimi, Ermənistan tərəfi növbəti dəfə razılaşmanı pozaraq cəbhədə təxribatlara əl atmaqla məşğuldur.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Azərbaycan tərəfinin indiyədək əldə edilmiş anlaşmaları yerinə yetirdiyini deyən ekspertin sözlərinə görə, Düşənbə razılaşmasından sonra cəbhə xəttində erməni əsgərlərinin ölüm halları baş vermir:
“Bu da daxildə Nikol Paşinyana seçkilərdən əvvəl müəyyən üstünlüklər yaradır. Bu o deməkdir ki, rəsmi Bakı Paşinyana şans verib. Görünür ki, erməni baş nazir bundan istifadə edib təmas xəttində sabotaja cəhd edir.
Nikol Paşinyanın təmas xəttində erməni əsgərləri ilə fotosunu paylaşması bir daha rəsmi Yerevanın işğalçı tərəf olduğunu göstərdi. Minsk qrupu həmsdərlərini regiona növbəti səfərindən sonra Ermənistanın başladığı bu hərbi təlimləri danışıqlar prosesini pozmağa hesablanıb. Azərbaycan tərəfi Ermənistanın bu kimi hərəkətlərinə adekvat cavab verməli, hərbi təlimlərə başlamalıdır”.
Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistanın Qarabağ münaqişəsinin həllində nə qədər maraqlı olduğunu gələn ilin ilk ayından real olaraq görəcəyik:
“Bu hərbi təlimlər isə hazırkı situasiyada Ermənistanın substantiv danışıqlara hazır olmadığının göstəricisidir. Hazırda Ermənistan Qarabağda yol infrasturukturunu bərpa etməklə müdafiə xətti qurur.
Əgər növbəti aylarda Paşinyan danışıqlarda imitasiya ilə məşğul olarasa, Azərbaycan ordusu ermənilərin Füzuliyə qədər hərbi məqsədlər üçün çəkdiyi yolu vurmalıdır. Bundan əlavə, bu kimi infsrasturuktur layihələrin inşasının qarşısını almalıdır”.