7 Noyabr 2018 18:34
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin başçılıq etdiyi nümayəndə heyəti 8-10 noyabr tarixlərində Türkiyənin Ankara şəhərində səfərdə olacaq.

Şuradan Teleqraf.com-a verilən məlumata görə, səfər çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Türkiyə Daxili İşlər Nazirliyi arasında birgə fəaliyyət və əməkdaşlıq haqqında Memorandum imzalanacaq.

Nümayəndə heyətinin Türkiyə Böyük Millət Məclisi, Türkiyə Daxili İşlər Nazirliyi, Türkiyə Dərnəklər Dairəsi, Vəqflər Baş İdarəsi, Xaricdə yaşayan Türklər və Əqraba Topluluqları Başqanlığında görüşlər keçirməsi nəzərdə tutulur.

Qeyd edək ki, nümayəndə heyətinə Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov və beynəlxalq əlaqələr, analtik təhlil və ekspertiza bölməsinin rəhbəri Toğrul Məmmədli daxildir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər