Dünən Ermənistan parlamentinin müxalifətdən olan vitse-spikeri Eduard Şarmazanov Baş nazir Nikol Paşinyanı ermənistan üçün KTMT-də baş katib postunu qoruyub saxlaya bilməməkdə ittiham edib. Sonra isə diqqətiçəkən bir etiraf edib ki, “korrupsiya ilə mübarizə aparmaq olar, amma bunu Ermənistan və Qarabağın təhlükəsizliyi hesabına etməyin”.
Teleqraf.com xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Şarzamanov eyni zamanda keçmiş prezident Serj Sərkisyanın ən yaxın adamlarında hesab edilir, həm də onun sədrlik etdiyi Respublikaçı Partiyasının mətbuat katibidir:
“Hələ də canı və kriminal hakimiyyəti müdafiə edən vitse-spiker özü də bilmədən çox ciddi etiraflar etdi. Birincisi, demə Ermənistan üçün beynəlxalq hüquq və nizamnıməsini imzaladığı təşkliatların qaydaları üstün deyil. O istənilən yolla hansısa bir mövqeni zorla öz əlində saxlamağa çalışmalıdır. Yaxşı ki, hələ Astanada Ermənistandan niyə vaxtı ilə baş katibliyə canı generalın namizədliyinin verdiklərinin sorğusunu etmədilər.
İkincisi isə, Şarzamanov Sərkisyan zamanında ölkədə korrupsiya olduğunu axır ki, etiraf etdi. Və ciddiyyətlə bildirir ki, əsas Ermənistandır, korrupsiya ilə mübarizə deyil. Ancaq, korrupsiyanı saxlamaqla dövləti necə qurmağın mümkün olduğunu demədi”.