13 Noyabr 2018 11:24
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Azərbaycanı KTMT-də görmək niyyətindən əl çəkmir. Hesab edirəm ki, təşkilatın nizamnəməsində dəyişiklik edərək, buraya müşahidəçi dövlət statusu bəndini daxil etməsi də buna hesablanıb.

Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ermənistanın KTMT-də veto hüququndan məhrum edilməsinə dair atılan addımlar Azərbaycanla bağlıdır:

“Qazaxısatan Prezidenti Nursultan Nazarbayev KTMT-də müşahidəçi dövlət statusunda dost və tərəfdaş ölkələrin yer alması ilə bağlı verdiyi mesaj da Azərbaycana ünvanlanmışdı. Moskva ümid edir ki, məhz Qazaxıstan vasitəsilə Azərbaycanı KTMT-yə üzv olmağa razı sala biləcək.

Lakin işğalçı Ermənistanın KTMT-də olması Azərbaycanın bura üzv olmasının qarşısında əsas əngəldir. Moskva Azərbaycanı KTMT-də görmək istəyirsə, ilk növbədə Qarabağ münaqişəsinin həllində irəliləyiş yaradacaq addımlar atmalıdır. Əgər Moskva vəd edirsə ki, münaqişənin həlli Azərbaycanın KTMT-yə üzvlüyündən sonra mümkün olacaq, bu, qəbuledilməzdir”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiya ilk növbədə Ermənistana verdiyi hərbi yardımı dayandırmalı və işğal olunmuş ərazilərin boşaldılması üçün Ermənistana təzyiq etməlidir: “Yəni, Rusiya Azərbaycan üçün bunu etmirsə, Azərbaycan niyə heç nə olmamış kimi KTMT-yə üzv olmalıdır?”


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər