17 Noyabr 2018 10:22
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər fransalı deputatlar özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin “rəhbəri” kimi təqdim edən Bako Saakyanla görüşəcəklərsə, bu, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq.

Bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza B.Saakyanın Fransaya səfərini şərh edərkən deyib.

O bildirib ki, B.Saakyanın Fransaya səfəri özü-özlüyündə qeyri-adi hadisə deyil:

“O, ABŞ və Rusiyaya da səfər edib. Amma bu, nə Minsk qrupunun vasitəçilik səylərinə, nə də Azərbaycanın həmsədr ölkələri ilə münasibətlərinə təsir göstərməyib”.

M.Brayzanın sözlərinə görə, Azərbaycan hər üç ölkənin vacib tərəfdaşı və dostudur, və əhəmiyyəti getdikcə artır:

“Əlbəttə, əgər Fransa hökuməti və parlamenti Saakyanı rəsmi şəxs qismində qarşılasa, bu, Azərbaycanla Fransa arasında münasibətlərdə gərginliyə səbəb ola bilər. Mən gözləmirəm ki, bu baş versin. Amma bəzi parlamentarilər fərdi olaraq Saakyanla görüşə bilərlər ki, mən bunu yersiz və Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd hesab edirəm”./Trend/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər