Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistana təzyiq edilir.
Teleqraf.com xəbər verir ki, bu iddianı Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zaxaryan səsləndirib.
Zaxaryan ABŞ Prezidentinin müşaviri Con Boltonun Cənubi Qafqaza səfəri çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı söylədiyi fikirlərə diqqət çəkib:
“Cənubi Qafqaz tezliklə İran ətrafında baş verən hadisələrin sıçrayacağı meydana çevriləcək. Bu şəraitdə də, bəzi qüvvələr təzyiq vasitəsilə münaqişəni həll etməyə istək göstərirlər. Buna görə də, hazırlıqlı olmalıyıq. Süni siyasi vəziyyətdən ayıq başla seçim etmək lazımdır. Biz Madaqaskar, ya da Finlandiya deyilik, ətrafımızda çox sayda təhlükə var. Belə ciddi vəzifələri təcrübəsiz insanlara etibar etmək mümkün deyil. Təcrübəsiz sürücünün taksisinə oturmaq olmaz”.
Zakaryan hesab edir ki, Qarabağ münaqişəsinin həlli üçün ən yaxşı variant Madrid prinsipləridir.