Mahir Hacı oğlu Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Teleqraf.com-un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, Mahir Quliyev Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısıdır.