27 Noyabr 2018 22:29
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstan İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Xeyrullah Spelenayı qəbul edib.

Teleqraf.com xəbər verir ki, nazir Elmar Məmmədyarov səfir Xeyrullah Spelenayı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və Əfqanıstan arasında mövcud ikitərəfli əməkdaşlıq münasibətləri müzakirə edilib və müxtəlif sahələrdə o cümlədən, ticarət və nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu qeyd olunub.

Səfir Xeyrullah Spelenay Azərbaycanın Əfqanıstanda təhlükəsizlik və sabitliyin təmin olunmasında verdiyi töhfəni yüksək qiymətləndirib. O, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Səfir Xeyrullah Spelenay etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Bundan əvvəl Elmar Məmmədyarov ABŞ-ın tanınmış din xadimlərini qəbul edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər