Bu gün Rusiyada 10-dan çox özünü kommunist adlandıran partiya var. Belə ideya qarışıqlığı insanlarda kommunistlərə inamsızlıq yaradır və bu, oliqarxlar Rusiyasında kriminal-burjua rejiminə qarşı zəhmətkeşlərin mübarizəsinə mənfi təsir göstərir.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycan Kommunistlər Birliyinin (AKB) sədri Ədalət Abdinov deyib.
Onun fikrincə, insanlarda kommunistlərə inamsızlıq səbəbsiz deyil:
“Sovet İttifaqı Kommunist Partiyasının satqın Qorbaçov-Yeltsin dairəsinin 1991-1993-cü illərdə əksinqilabi çevrilişi ölkəni Qərbin koloniyasına çevirdi. Kommunist Partiyasından çıxmış indiki Putin-Medvedev rəhbərliyi özünün liberal islahatları ilə dünya kapitalının mövqeyini Rusiyada möhkəmləndirdi.
Burjua təbliğatı sosializmin müvəqqəti məğlubiyyətini ideoloji silah kimi ona qarşı çevirib. Kapitalizmi isə ədalətli quruluş adlandırır və bu quruluş guya insanlara var-dövlət, xoş güzəran bəxş edir. İnsanların bir qismi, xüsusilə xırda burjua zümrəsi kapitalizmin "azadlığına" və çinovnikərin, din xadimlərinin nağıllarına aldanmaqla “yaxş çar”a inanır, kommunist ideyalarına və sovet quruluşuna biganədir.
Bütün bu dəyişikliklər postsovet məkanına və kommunist hərəkatına təsirsiz ötüşməyib. Və bəzi kommunist partiyaları oppotunuzmə yuvarlandılar: biri sağ oportunizmə və millətçi – vətənpərvərliyə, digəri məzhəbçi və anarxosindikalizmə.
Belə kommunist çoxpartiyalılığı burjua elitasına sərfəlidir, o bunları dəstəkləyir və mükafatlandırır ki, burjua əsasları möhkəmlənsin və zəhmətkeşləri daha çox istismar edə bilsin. Bəzi kompartiya liderləri şəraitə uyğunlaşıblar, vəziyyəti dəyişmək onlara sərf etmir, hətta gənclər arasından çıxmış və vəziyyətlə barışmayan yeni qüvvələrə də maneçilik edirlər”.
Ədalət Abdinov əlavə edib ki, hazırda Rusiyada kommunist partiyaların sayı çoxdur:
“Ümumittifaq Bolşeviklər Kommunist Partiyası1989-ci ildə yaradılan “Vahid” Cəmiyyətinin bazası və Sov.İKP-nin bolşevik platforması əsasında 8 noyabr 1991-ci ildə Leninqradda təsis olunub. Baş katibi Nina Aleksandrovna Andreeva, ideya platforması bolşevizm və stalinizmdir.
Rusiya Kommunist Fəhlə Partiyası Sverdlovskidə Kommunist Təşəbbüsü Hərəkatının bazasında 21 noyabr 1991-ci ildə yaradılıb. Rusiya kommunistlərin Partiyası 1991-ci ildə yaranıb və 1999-cu ildə partiyada parçalanma baş verib.
Rusiya Federasiyası Kommunist Partiyası 1993-cü ildə yaradılıb. İnqilabçı Fəhlə Partiyası 1999-cu ildə Moskvada təsis edilib. Bütövlükdə Rusiyada 10 kommunist partiya var.
Azərbaycanda olduğu kimi Rusiya kommunistləri də bir araya gələ bilmirlər. Burjuaziya isə yaranmış vəziyyətdən öz xeyrinə istifadə edir. Yaxın zamanlarda Rusiyanın mütərəqqi kommunist qüvvələri birliyə nail ola bilməsələr, kommunist hərəkatı növbəti daha ağır məğlubiyyət dalğası ilə üzləşəcək”.