29 Noyabr 2018 12:11
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda keçirilmiş prezident seçkilərinin “qalibi” keçmiş Baş nazir Bidzina İvanişvilidir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, sabiq baş nazir səsvermə prosesini telekanaldan izləmək üçün mart ayından “kölgə”dən çıxmadı:

“Səsvermənin mümkün nəticələrin necəliyindən asılı olmayaraq, bu, gözlənilən idi.

Lakin hesab edirəm ki, bu seçkilərin ana fikri və ölkənin siyasi həyatı prezidentin kim olmasından yox, Gürcüstanın “kölgə”dən hansı vaxtadək idarə edilməsi ilə bağlıdır. Bu, bənzəri olmayan bir sistemdir.

Bundan sonra proseslər hansı istiqamətdə cərəyan edəcək, maraqların toqquşması hansı nəticələrə yol açacaq? Bu suallar açıq olaraq qalacaq”.

Qeyd edək ki, Gürcüstanda keçirilən prezident seçkilərində hakim Gürcü Arzusu Partiyasının namizədi Salome Zurabişvili qalib gəlib. O, müxalifət koalisiyasının namizədi Qriqol Vaşadzeni yarışlardan kənarda saxlayaraq, ölkənin ən yüksək siyasi kürsüsünə qalxa bilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər