30 Noyabr 2018 13:30
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Örl Litsenbergerin Azərbaycana fövqəladə və səlahiyyətli səfir təyin edilməsi ilə bağlı səsverməni yenə təxirə salıb. Hesab edirəm ki, rəsmi Vaşinqtonun Azərbaycana səfir təyin etmək məsələsini təxirə salması, ABŞ-ın ölkəmizə diqqət ayırmamasından irəli gəlmir”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, bu kimi məsələlərə ABŞ-da müstəqil qərar vermək imkanına malik olan Konqresdə baxılır:

“Görünən budur ki, səfir təyinatına ABŞ Konqresində Azərbaycan əleyhinə olan qrup mane olur. Bu qrupa daxil olanlar səfir təyinatını uzatmaqla, guya Azərbaycan və ABŞ arasında münasibətlərin gərgin olduğunu göstərməyə çalışırlar. Lakin ABŞ Prezidenti Donald Tramp il ərzində azərbaycanlı həmkarı İlham Əliyevə göndərdiyi 3 məktubunda Azərbaycanla Amerika arasında yüksək əməkdaşlığın olduğu və ölkəmizin bölgədə Vaşinqton üçün önəmi qeyd edilirsə, demək ki, vəziyyət göründüyü kimi deyil. Amerikanın yüksək çinli dövlət adamlarının Azərbaycana səfərləri də göstərir ki, Vaşinqton Bakı ilə strateji əməkdaşlıqda maraqlıdır.

Hesab edirəm ki, Ağ Evlə yanaşı, Pentaqon da Azərbaycanla təmasları sıxlaşdırmağa xüsusi önəm verir. Çünki ABŞ Azərbaycanın bölgədə açar dövlət olduğunu yaxşı bilir. Amma Konqresdəki erməni lobbisinə yaxın şəxslər səfirin göndərilməsinə mane olmağa çalışır. Bunu da o məqamda edirlər ki, Vaşinqtonla Bakı arasındakı münasibətləri nəzərə çapacaq dərəcədə inkişaf edir”.

M.Əsədullazadə iddia edir ki, ABŞ Azərbaycana silah satmağı planlaşdırır:

“Bundan narahat olan Konqresdə rus və erməni lobbisinə bağlı şəxslər səfir təyinatına əngəl olmağa çalışırlar. Əlbəttə, son qərarı Tramp verəcək və gec-tez səfir təyinatı reallaşacaq. Çünki Tramp adminsitrasiyası və Pentaqon ölkəmizlə xüsusi əlaqələrin inkişafı üçün müəyyən siyasi gedişlər edir. Trampın milli təhlükəsizlik məsələri üzrə müşaviri Con Boltonun Bakıda Azərbaycanı dost və strateji tərəfdaş adlandırması, Konqresdəki erməni lobbisinin əl-qolunu bağlayır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər