“Hazırda Ermənistan və Rusiya arasındakı münasibətlərdə güvən problemi ön plandadır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib.
Deputata görə, bu məsələ Ermənistan və Rusiya rəhbərliklərinin diqqət mərkəzindədir:
“Lakin hesab edirəm ki, vəziyyət göründüyü kimi deyil. Nikol Paşinyanın tərəflər arasındakı münasibətlərin soyuduğuna dair səsləndirdiyi fikirlərin əksinə olaraq, onu deyə bilərəm ki, Rusiya-Ermənistan münasibətləri heç vaxt bu qədər məhsuldar olmayıb”.