4 Dekabr 2018 15:46
2 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusu Naxçıvan istiqamətində təmas xəttindən 1300-1700 metr irəliləyib. Bu, 5 kilometr ərazi deməkdir. Sentyabrın 27-dən sonra isə bu ərazidə möhkəmlənmə işləri həyata keçirib.

Publika.az xəbər verir ki, bu etirafla Ermənistanın milli təhlükəsizlik şurasının keçmiş baş katibi, Respublika Partiyasından deputatlığa namizəd David Şahnazaryan çıxış edib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu Naxçıvan istiqamətində may ayından etibarən irəliləyib.

“Müdafiə Nazirliyi bildirdi ki, bu neytral zonadır, lakin neytral zona olmur, bura ərazidir. Sentyabrda Azərbaycan Ordusu nəzarət etdiyi əraziləri bir neçə dəfə artırdı. Bu, təxminən 800 hektar ərazi deməkdir. Bu ərazilərdə Azərbaycan infrastruktur inşa edib. Azərbaycanın nəzarət etdiyi strateji hündürlüklər olduqca əhəmiyyətlidir. Müharibə başlayanda bu hündürlüklər Azərbaycana üstünlük qazandıracaq”, - deyə o bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər