7 Dekabr 2018 10:58
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Prezident Vladimir Putinin dəvəti ilə Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrında Pyotr Çaykovskinin “Şelkunçik” baletinə tamaşa edib.

Teleqraf.com xəbər verir ki, Rusiya mətbuatı MDB dövlət başçılarının teatrda seçdiyi mövqeyə xüsusi diqqət çəkib.

Məşhur rusiyalı jurnalist Dmitri Smirnovun Tvitter mikrobloqunda tədbirdən görüntülərdə Rusiya prezidentinin mərkəzdə əyləşdiyi görünür. Ondan sağda Azərbaycan Prezidenti İlham Əliyev, solda isə Belarus Prezidenti Aleksandr Lukaşenko yer alıb.

Eləcə də Putindən sağ tərəfdə Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Moldova lideri İqor Dodon əyləşiblər. Belarus prezidentinin yanında isə Qırğızıstan prezidenti Soronbay Jeenbekov oturub.

Həmin mərasimə qatılan Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan bəzi fotolarda görünməyib, bəzilərində isə onun küncdə - mühafizəçilərin yanında əyləşdiyi məlum olub.

Son zamanlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ətrafında Belarus və Qazaxıstan prezidentləri ilə gərginlik yaşayan Nikol Paşinyanın küncdə oturması, onun Azərbaycanın Belarusdakı səfirinə KTMT-dəki durumla bağlı məlumat verdiyi üçün ittihamlar irəli sürdüyü Lukaşenkonun Putinin yanında yer alması Rusiya prezidentinin Belarus prezidentinə hörməti kimi qiymətləndirilib.

Vladimir Putinin yüksək dostluq münasibəti olan Azərbaycan Prezidenti İlham Əliyevə yanında mövqe seçməsi isə ona olan hörmət və ehtiramın göstərici kimi təqdim olunub.

Rusiyalı jurnalistin yayımladığı fotodan bir daha aydın olur ki, Paşinyanla nəinki önəmli məsələlər müzakirə edilmir, həm də o, nüfuzlu siyasətçi kimi də qəbul edilmir və o, küncdə mühafizəçilərin ətrafında oturdulur.


Müəllif: Nərgiz

Oxşar xəbərlər