12 Dekabr 2018 23:09
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İndoneziya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və qəti şəkildə dəstəkləyir".

Bunu jurnalistlərlə görüşü zamanı İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fənani bildirib.

"Bu məsələdə haqq-ədalət təcavüzə üstün gələcək. Qarabağ və Ermənistanın işğal etdiyi yeddi rayon yalnız Azərbaycana, onun xalqına məxsusdur. Artıq bu işğala son qoyulmalıdır”, - deyə o vurğulayıb.

İndoneziyanın Azərbaycanla yüksək səviyyədə əməkdaşlıq əlaqələrinin olduğunu deyən səfir bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyini diqqətə çatdırıb.

Səfir həmçinin Azərbaycan mədəniyyətindən danışıb. O, Azərbaycana vurğun olduğunu bildirib və “Sarı gəlin”lə “Ey Əziz Anam Azərbaycan” mahnılarını ifa edib.

İndoneziyalı diplomat Azərbaycan mətbəxini çox bəyəndiyini də əlavə edib.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər