Hərbi nizamnamələrdən bixəbər, cəngəllik qanunları ilə idarə olunan Ermənistan ordusunda tüğyan edən özbaşınalıq, kobud intizam pozuntusu, ölüm halları, rüşvətxorluq barəsində erməni KİV-də davamlı olaraq, məlumatlar dərc edilməkdədir.
Teleqraf.com xəbər verir ki, düşmən ordusundakı nizam-intizamsızlıq artıq kritik həddə çatıb.
Bu, erməni hərbi qulluqçuların davranışında daha açıq şəkildə özünü büruzə verməkdədir.
Ötən gün erməni mətbuatında tirajlanan növbəti fotoşəkil Ermənistan əsgərinin döyüş “hazırlığını” aydın şəkildə ortaya qoyub.
Fotodan aydın olur ki, iki saatlıq posta döyüş növbətçiliyinə çıxmış əsgər silahı nəzarətsiz qoyaraq, arxayınlıqla elə səngərdəcə yatıb. Əsgərin bu hərəkəti erməni ordusunun daxilindəki intizamsızlığı təsdiq edir.
Bu, o deməkdir ki, əsgərlər normal şəkildə istirahət edə bilmirlər – yuxu rejiminə riayət olunmur.
Digər tərəfdən, postlar vaxtlı-vaxtında yoxlanılmır, yəni nəzarətsizlik hökm sürür və s.
Bir sözlə, postda yatmış erməni əsgəri mahiyyət etibarilə Paşinyan ordusunun durumunun göstəricisidir.
Xəbərə görə, yatan hərbi qulluçu ilə birlikdə fotonu çəkən də həbs edilib.