13 Dekabr 2018 14:16
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nə qədər ki, torpaqlarımız işğal altındadır biz Ermənistanı təcrid vəziyyətində saxlayacağıq. Bizim siyasətimiz nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır, insanlar ölkəni kütləvi şəkildə tərk edir”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib.

Prezident İlham Əliyev 2018-ci ilin ölkəmiz üçün uğurlu il olduğunu, bütün sahələrdə, həmçinin idman sahəsində Azərbaycanın böyük nailiyyətlər qazandığını deyib. Dünyada təhlükəli proseslərin getməsinə, beynəlxalq vəziyyətin daha da gərginləşməsinə baxmayaraq, Azərbaycanda sabitliyin, təhlükəsizliyin təmin edildiyini, qarşıda duran bütün vəzifələrin icra olunduğunu deyən dövlət başçısı bu il Ermənistanda baş verən ciddi dəyişikliklər nəticəsində 20 ildən çoxdur mövcud olan kriminal xunta rejiminin çökdüyünü diqqətə çatdırıb, Azərbaycanın ardıcıl və məqsədyönlü siyasətinin bu rejimin çökməsində öz rolunu oynadığını vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, biz beynəlxalq müstəvidə sübut edə bilmişik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqlı tərəfik. Azərbaycanın bu gün dünya miqyasında çox böyük hörmətə layiq olduğunu, beynəlxalq nüfuzumuzun artdığını deyən dövlət başçısı Avropa İttifaqı ilə imzalanan əməkdaşlıq sənədində və NATO-nun Zirvə görüşündə qəbul edilən Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə verilən dəstəyin əhəmiyyətini vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər