13 Dekabr 2018 21:28
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO və Rusiya arasında keçirilən görüş üçün Azərbaycan paytaxtının seçilməsi təsadüfi deyildi.

NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin Ali baş komandanı general Kertis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimovun Bakıda keçirilən görüşünü Teleqraf.com-a şərh edən politoloq Arzu Nağıyev belə deyib.

Politoloq qeyd edib ki, dünyanın supergücləri arasında keçirilən görüş üçün Bakının seçilməsi mühüm əhəmiyyətə malikdir və bunun bir sıra səbəbləri var:

“İlk növbədə bu, təhlükəsizliyə verilən təminat baxımından vacib əhəmiyyət kəsb edir.

Digər yandan bu, BMT üzvü olan 200-dən çox dövlətin içərisindən məhz Bakının seçilməsi Azərbaycanın hansı müstəvidə dövlət kimi tanındığının və ölkəmizə verilən önəmin göstəricisidir.

Üçüncü tərəfdən, Azərbaycanın həm NATO, həm də Rusiya ilə balanslı siyasət aparması diqqəti cəlb edir. NATO tədbirlərində iştirak edən Azərbaycan başqa bir tərəfdən Rusiya ilə tərəfdaşdır. Buna görə də, NATO və Rusiya artıq üçüncü dəfədir görüşü Bakıda keçirirlər”.

Qeyd edək ki, dekabrın 12-də Bakıda Körtis Skaparrotti və Valeri Gerasimov arasında görüş keçirilib. Görüşdə NATO-Rusiya münasibətləri və digər regional məsələlər müzakirə edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər